Şənbə, İyul 27, 2024
spot_img
HomeİdmanSamir Abasov: “Bu cür qərarlar bir günün içində verilmir”

Samir Abasov: “Bu cür qərarlar bir günün içində verilmir”

"Hər iki cinaha vinger axtarışımız davam edir. Mövsümün ilk yarısında bəzi oyunçuların zədələnərək uzun müddətə sıradan çıxması bizə çox çətinlik yaratdı". Bu sözləri Sport24.az-a açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov bildirib. 45 yaşlı mütəxəssis saytımıza açıqlamasında düşərgədə zədəli fut

 “Hər iki cinaha vinger axtarışımız davam edir. Mövsümün ilk yarısında bəzi oyunçuların zədələnərək uzun müddətə sıradan çıxması bizə çox çətinlik yaratdı”. Bu sözləri Sport24.az-a açıqlamasında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov bildirib.

45 yaşlı mütəxəssis saytımıza açıqlamasında düşərgədə zədəli futbolçuların sayının çox olmasına baxmayaraq, əlavə transferlər barədə düşünmədiyini də vurğulayıb: “Bu gün biz 4-cü yerdən danışırıq, avrokuboklar barədə düşünürük. Ancaq bəzən elə vəziyyət yaranır ki, meydana buraxmağa futbolçu tapmırsan. Qeyd etdiyim kimi geridə qalan 18 turda zədə səbəbindən bəzi futbolçularımızın xidmətindən yararlana bilmədik. Onların yoxluğunda xal qazanmalı olduğumuz qarşılaşmalardan əliboş ayrılmışıq. Bəli, yenə də zədəlilərimiz var. Lakin daha çox vinger axtarışındayıq. Başqa mövqelərə transfer etmək fikrimiz yoxdu”.

Qış fasiləsində bəzi klublar, daha dəqiq desək, elitanın 5 təmsilçisi toplanışı ölkə daxilində keçirməyə qərar verib. Ancaq sumqayıtlılar fərqli addım ataraq yanvarın 6-da Türkiyəyə yollanacaq. Abasovun sözügedən məsəyə münasibəti belə oldu: “Türkiyə toplanışın noyabrdan planlaşdlrmışıq. İki ay öncədən hazırlıq planı tərtib olunub, yoxlama matçlarının vaxtı müəyyənləşib. Bu cür qərarlar bir günün içində verilmir. Rəhbərlik sağ olsun, istəyimizi reallaşdırdı”.

RƏŞAD QASIMOV

Mənbə: sport24

ƏLAQƏLİ MƏQALƏLƏR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_imgspot_img

Ən məşhur

Son Şərhlər