Şənbə, İyul 27, 2024
spot_img
HomeMediaFəxri Ağayev ilin ən yaxşı biznes məqalə müəllifi seçilib

Fəxri Ağayev ilin ən yaxşı biznes məqalə müəllifi seçilib

Biznes konsultant və təlimçi Fəxri Ağayev beynəlxalq iş adamları və idarəçilər cəmiyyəti “Executive.ru” portalında ilin ən yaxşı biznes məqalə müəllifi seçilib.

“Report” xəbər verir ki, bir il ərzində bu portalda onun 7 məqaləsi dərc edilib.

Məqalələr böyük firmalarda sahibkarların yaşadıqları vərasət problemi və həlli yolları, şirkət rəhbərlərinin peşəkar və şəxsi inkişafı, kiçik firmaların böyük problemlərinin həll edilməsi, şirkətlərdə idarəçiliyin dəyərlər üzərində qurulması mövzularında olub.

F.Ağayev beşinci ildir ən yaxşı müəlliflər siyahısına daxil olan yeganə şəxsdir. O, 2019 və 2020-ci illərdə də ən yaxşılar siyahısında yer alıb. Artıq ikinci ildir reytinqdə birinci yeri tutur.

Qeyd edək ki, 2023-cü ilin ən yaxşı müəlliflərini müəyyənləşdirərkən “Executive.ru” redaksiyası üç meyara – müəllifin məqalələrinə baxışların ümumi sayı, müəllifin “Executive.ru” saytında aktivliyi, yəni yazdığı məqalələrin və yazılarına olan şərhlərin sayı, müəllifin toxunduğu mövzuların aktuallığı, məqalələrin yeniliyi və praktiki dəyərinə baxılır.

Beynəlxalq iş adamları və idarəçilər cəmiyyəti peşəkar sosial şəbəkə və portal olmaqla onlarla fərqli ölkədən 350 min üzərində sahibkar, iş adamı, top menecerlər və orta menecerlərdən ibarətdir. Menecment, marketinq, karyera, maliyyə və biznes təhsili üzrə nəşrlərin bazasında 10 minə yaxın məqalə var. Bu mətnlərin 80%-i icma üzvləri tərəfindən yazılıb.

ƏLAQƏLİ MƏQALƏLƏR

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_imgspot_img

Ən məşhur

Son Şərhlər